Ucnoqta.az
www.ucnoqta.az

AFFA klubları cərimələdi

13:56 - 17 Mart 2026 tarixində dərc olunub.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki. iclasda Misli Premyer Liqasının 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat ziyana düşüb.

“Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası