Ucnoqta.az
www.ucnoqta.az

“Novruz da, Ramazan da kişi adıdır”

17:04 - 17 Mart 2026 tarixində dərc olunub.

Sosial şəbəkədə maraqlı və müzakirə doğuran paylaşım edən Namiq Qaraçuxurlu bu dəfə bayram adları ilə bağlı fərqli yanaşması ilə diqqət mərkəzinə düşüb.

Ucnoqta.az xəbər verir ki, meyxanaçı bayram adları ilə bağlı maraqlı fikirlər səsləndirib.

O bildirib ki, bəzi bayramların adları kişi adları ilə eynilik təşkil edir: “Heç bilirsiniz ki, bayram adları kişi adlarıdır: Novruz, Ramazan...”

Paylaşımında yumoristik üsluba üstünlük verən meyxanaçı daha sonra xanımlara müraciət edib. O, kişilərin “məsum varlıqlar” olduğunu qeyd edərək, onların qədrinin bilinməli olduğunu vurğulayıb.

Sosial şəbəkə istifadəçiləri sənətçinin bu sözlərini müxtəlif cür qarşılayıblar. 

Müəllif: Ucnoqta.az redaksiyası