Ucnoqta.az
www.ucnoqta.az

İranda ABŞ və İsrailə casusluqda ittiham olunanlar edam olunacaq

10:55 - 17 Mart 2026 tarixində dərc olunub.

İranda ABŞ və İsrailə casusluqda ittiham olunanlara ölüm cəzası tətbiq olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Ali Məhkəməsinin sədri Qulam Hüseyn Möhsəni-Ejei xəbərdarlıq edib.

"ABŞ və İsrailin təcavüzkar rejimləri ilə əməkdaşlıq edən müəyyən şəxslərlə əlaqəli aktivlərin müsadirə edilməsi və dondurulması üçün məhkəmə qərarı verilib. Bu müddəada nəzərdə tutulan digər bir cəza isə ölüm cəzasıdır.

Bu, məhkəmədən sonra günahkar bilinənlərə qanuni cəzalardan biri kimi tətbiq ediləcək. Xalqın təhlükəsizliyini təhdid etməyə çalışan bütün elementləri xəbərdar edirik ki, əgər onlar təhdid yaratmağa cəhd etsələr, qəti hüquqi tədbirlərlə üzləşəcəklər; heç bir güzəşt olmayacaq", - deyə SNN onun sözlərini sitat gətirib.

Müəllif: Ucnoqta.az redaksiyası