Ucnoqta.az
www.ucnoqta.az

Tramp Çinin Hörmüz boğazında patrul xidmətində iştirak etməsini istəyir

05:22 - 16 Mart 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin təhlükəsiz naviqasiyanı təmin etmək üçün Hörmüz boğazında patrul xidmətində iştirak etməlidir.

Ucnoqta.az xəbər verir ki, o, bunu bazar günü Floridadan Vaşinqtona gedən təyyarəsində jurnalistlərə bildirib.

"Düşünürəm ki, etməlidirlər. Onlar neftin böyük hissəsini - 90%-ni - boğazdan alırlar. Ona görə də qoşulmaq istəyib-istəmədiklərini soruşdum. Görəcəyik. Bəlkə edəcəklər, bəlkə də etməyəcəklər", - deyə Tramp Çinə işarə edərək əlavə edib.

Vaşinqton administrasiyasının rəhbəri əvvəllər qeyd etmişdi ki, ABŞ Hörmüz boğazında birgə patrul xidməti ilə bağlı təxminən yeddi ölkə ilə danışıqlar aparır.

Müəllif: Ucnoqta.az redaksiyası