İran düşməni təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət etmək də daxil olmaqla, lazım olan hər hansı bir vasitəyə əl atacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya sözçüsü bildirib.
"İran Silahlı Qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından keçən nəqliyyatın idarə olunması və nəzarəti də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə İran televiziya kanalı Əl-Aləm sözçünün sözlərinə istinadən bildirib.