Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan avtobusda yıxıldı - VİDEO

13:32 - 15 Mart 2026 tarixində dərc olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının seçilmiş nümayəndəsi ilə birlikdə partiyadaxili seçki kampaniyası aparır.

Ucnoqta.az xəbər verir ki, bölgələrə avtobusla səfər edən Paşinyanın başına iş gəlib. Belə ki, hərəkət edən avtobusda mikrofonla danışan Baş nazir yıxılıb. Bu zaman ətrafında olanlar ona kömək edərək yıxılmasının qarşısını alıblar.

Paşinyanın rəqibləri isə onun bu hərəkətini tənqid ediblər, hərəkətdə olan avtobusda oturmaq, təhlükəsizlik kəməri taxmalı olduğunu qeyd ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası