Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ofisdən 9000 dollarlıq fotoaparat oğurlanıb

15:42 - 14 Mart 2026 tarixində dərc olunub.

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası