İranda internet bağlantısı 288 saatdan çoxdur ki, demək olar ki, tamamilə kəsilib.
Ucnoqta.az bildirir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks X-də məlumat verib.
"Göstəricilər göstərir ki, İranda internet kəsilməsi artıq on üçüncü günə, yəni 288 saatdan çox davam edir" - paylaşımda qeyd olunub.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.