Ucnoqta.az
www.ucnoqta.az

Bağlı qalan 7 cinayətin üstü açıldı - 61 nəfər saxlanılıb

10:37 - 12 Mart 2026 tarixində dərc olunub.

Martın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası