Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan nefti bahalaşdı

10:12 - 12 Mart 2026 tarixində dərc olunub.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dollar artıb.

Ucnoqta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dolları və ya 5,6 % artaraq 95,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ucnoqta.az redaksiyası