Ucnoqta.az
www.ucnoqta.az

1800-dən çox ölü, 13 minə yaxın yaralı - Yaxın Şərq müharibəsinin itkiləri

02:32 - 12 Mart 2026 tarixində dərc olunub.

Yaxın Şərqdə münaqişənin gərginləşməsi başlayandan bəri İran, Livan və İsraildə 1800-dən çox insan həlak olub, ən azı 12500 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun X-də dərc etdiyi məlumatlarda əks olunub. 

Qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə on gündən çox əvvəl şiddətlənməyə başlayıb. Məlumata görə, İranda 1300-dən çox insan həlak olub, 9000 nəfər yaralanıb, Livanda ən azı 570 nəfər həlak olub, 1400-dən çox insan yaralanıb, İsraildə isə 15 nəfər həlak olub, 2142 nəfər yaralanıb.

ÜST-ün baş direktoru həmçinin regionda səhiyyə müəssisələrinə hücumların artdığını qeyd edib. Onun sözlərinə görə, 28 fevraldan bəri təşkilat İranda 18, Livanda 25 və İsraildə iki belə hücum qeydə alıb.

Müəllif: Ucnoqta.az redaksiyası