İran Hörmüz boğazından keçməyə çalışan Liberiya bayrağı altında üzən EXPRESS ROME və Tayland bayrağı altında üzən MAYUREE NAREE gəmilərini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat verib.
"Sionist rejiminə məxsus Liberiya bayrağı altında üzən EXPRESS ROME gəmisi İİKK donanmasının xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra bu səhər İran mərmilərinə tuş gəlib və yolunda dayandırılıb. Bir neçə saat əvvəl SEPAH donanmasının xəbərdarlıqlarına məhəl qoymadıqdan və qanunsuz olaraq Hörmüz boğazından keçməyə çalışdıqdan sonra MAYUREE NAREE konteyner gəmisi də İran qüvvələri tərəfindən vurulub", - İranın dövlət televiziyası SEPAH-a istinadən bildirib.