Ucnoqta.az
www.ucnoqta.az

Tehranda həlak olan generallarla vida mərasimi keçirilir

16:25 - 11 Mart 2026 tarixində dərc olunub.

ABŞ və İsrailin hava hücumlarında həlak olan İran generalları ilə vida mərasiminin keçirildiyi Tehranın Ənqelab meydanında minlərlə insan toplaşıb.

Ucnoqta.az bildirir ki, bu barədə İran dövlət televiziyası xəbər verir.

Mərasim zamanı iranlılar İslam İnqilabı Keşikçiləri Korpusunun həlak olan rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi ilə vidalaşırlar.

Paytaxtın bir çox sakini İslam Respublikası bayraqları ilə anım mərasimində iştirak edib və İsrail və Amerika əleyhinə şüarlar səsləndirilib. 

Müəllif: Ucnoqta.az redaksiyası