Ucnoqta.az
www.ucnoqta.az

Küveytdəki bazaya endirilən zərbə nəticəsində ABŞ ağır itkilər verib

15:28 - 11 Mart 2026 tarixində dərc olunub.

ABŞ ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytin Əl-Adiri rayonundakı Amerika hərbi bazasına endirdiyi zərbələr nəticəsində ağır itkilər verib.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama SEPAH-nın mətbuat xidməti tərəfindən verilib.

Qeyd olunur ki, Əl-Adiri helikopter bazasına endirilən iki güclü raket zərbəsindən sonra çox sayda Amerika əsgəri həlak olub və 100-dən çox yaralı Küveytdəki xəstəxanalara aparılıb.

Həmçinin qeyd edilib ki, çərşənbə axşamı bir sıra zərbələr zamanı Bəhreynin Mina Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı da zərbə alıb.

Müəllif: Ucnoqta.az redaksiyası