Ucnoqta.az
www.ucnoqta.az

Sabah Qubada qaz kəsiləcək

17:42 - 10 Mart 2026 tarixində dərc olunub.

Sabah Quba şəhəri və 33 yaşayış məntəqəsində qaz olmayacaq.

Ucnoqta.az xəbər verir ki, Quba rayonu Qəçrəş ölçü qovşağında baypas xətti üzərində diametrli 159 mm-lik fləns birləşməsinin quraşdırılması ilə əlaqədar olaraq 11.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekünlaşanadək Quba QPS-dən qidalanan Qəçrəş ölçü qovşağndan qaz təchizatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatı dayandırılan müddətdə Quba şəhəri və 33 yaşayış məntəqəsi olmaqla ümumilikdə 18520 abonentin qaz təchizatında fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası