Ucnoqta.az
www.ucnoqta.az

Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb

10:10 - 10 Mart 2026 tarixində dərc olunub.

2025-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Həmin göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artıb.

Müəllif: Ucnoqta.az redaksiyası