Ucnoqta.az
www.ucnoqta.az

Kallas İsraili Livandakı hərbi əməliyyatlarına son qoymağa çağırdı

22:34 - 9 Mart 2026 tarixində dərc olunub.

AB Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas İsraili Livandakı hərbi əməliyyatlarına son qoymağa çağırdı və diplomatiyanın daha da qeyri-sabitliyin qarşısını almağın ən yaxşı yolu olaraq qaldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, İsrailin hərəkətləri həddindən artıq sərt olub. Onun zərbələri kütləvi köçkünlüyə səbəb olur və onsuz da qeyri-sabit olan vəziyyəti daha da ağırlaşdırır.

Kallas vurğulayıb ki, İsrail Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Ali nümayəndə əlavə edib ki, diplomatik səylər daha da gərginləşmənin qarşısını almaq üçün ən yaxşı vasitə olaraq qalır.

Müəllif: Ucnoqta.az redaksiyası