Ucnoqta.az
www.ucnoqta.az

İrandan Türkiyəyə raket buraxıldı

16:12 - 9 Mart 2026 tarixində dərc olunub.

İrandan atılan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib. 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhlükə havada zərərsizləşdirildikdən sonra Qaziantepdə boş ərazilərə raket qəlpələri düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.

"Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Türkiyənin bu mövzuda xəbərdarlıqlarına əməl edilməsi vacibdir",-Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası