Ucnoqta.az
www.ucnoqta.az

İsrail "Hizbullah"a qarşı quru əməliyyatı başlayıb

14:06 - 9 Mart 2026 tarixində dərc olunub.

İsrail ordusu bölmələri Livanın cənubunda şiə təşkilatı "Hizbullah"a qarşı məhdud, hədəfli quru əməliyyatı başlayıb.

Ucnoqta.az bildirir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi bu barədə məlumat verib.

Qeyd olunur ki, İMQ bölmələri Livanın cənubunda terrorçuları müəyyən etmək və məhv etmək, eləcə də "Hizbullah"ın hərbi hədəflərini məhv etmək məqsədi ilə hədəfli, məhdud əməliyyata başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası