Ucnoqta.az
www.ucnoqta.az

İsrail SEPAH-ın HHQ qərargahına zərbə endirib

23:04 - 8 Mart 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri Tehrandakı SEPAH Hərbi Hava Qüvvələrinin qərargahına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki,  İsrail təyyarələri Tehrana növbəti hava hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin məlumat verib.

"Biz İran rejiminin təməlinə qarşı güclü zərbələr endirməyə davam edirik. Zərbə nəticəsində İİKK Hərbi Hava Qüvvələrinin qərargahını məhv etdik. Bu hücum həmçinin İsrailə zərbələr endirmək üçün hazırlanmış PUA ehtiyatlarını da məhv etdi", - deyə o, brifinqdə bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası