Ucnoqta.az
www.ucnoqta.az

İsrail 80 qırıcı ilə Tehrana zərbələr endirdi

11:50 - 7 Mart 2026 tarixində dərc olunub.

 İsrail Hərbi Hava Qüvvələri Tehrana və mərkəzi İrana daha bir zərbə dalğasını tamamlayıb.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, zərbələrdə səksən qırıcı təyyarə iştirak edib.

İran paytaxtındakı əsas hədəflərdən biri İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üçün zabitlər hazırlayan hərbi akademiya olan İmam Hüseyn Universiteti olub.

İsrail tərəfinin məlumatına görə, universitetin ərazisi həm də hərbi məqsədlər üçün istifadə olunub və buna görə də ordu bu obyekt qanuni hərbi hədəf olub.

Bundan əlavə, İsrail raketlərin saxlanıldığı yeraltı bunkerlərə, eləcə də digər hərbi obyektlərə hücum edib, deyə bəyanatda bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası