Ucnoqta.az
www.ucnoqta.az

İran Azərbaycana hücumdan sonra qonşu ölkələrə hücum etməmək qərarını verdi

11:27 - 7 Mart 2026 tarixində dərc olunub.

İran qonşu ölkələrin ərazilərindən hücumlar başlamadığı təqdirdə onlara hücumlardan imtina edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu 7 martda açıqlayıb. İranın Müvəqqəti İdarəetmə Şurası, hücumu edən tərəf qonşu dövlətlər olmadığı təqdirdə, onlara raket zərbələri və ya pilotsuz təyyarə hücumları etməmək qərarını verib.
"Qonşu ölkələrdən üzr istəyirəm. Dünən Müvəqqəti İdarəetmə Şurası qərar verdi ki, İrana onların ərazisindən hücum edilmədikcə, qonşu ölkələrə hücumlar və ya raket atışları olmayacaq" - Pezeşkian qeyd edib.

Qeyd edək ki, Azərbaycan ərazisindən heç bir təhlükə olmadığı halda martın 5-də  İrana məxsus 4 PUA Naxçıvana hücum edib. PUA-lardan biri Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib, bir PUA Naxçıavan Hava Limanına, digəri isə məktəb ərazisinə zərbə endirib.

Nəticədə 4 nəfər xəsarət alıb.

Müəllif: Ucnoqta.az redaksiyası