Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Türkiyəyə getdi

09:36 - 7 Mart 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası