Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Belarus Baş nazirləri telefonla danışıb

20:25 - 6 Mart 2026 tarixində dərc olunub.

6 mart tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı iki prezidentin birgə səyləri sayəsində müxtəlif sahələrdə çoxşaxəli Azərbaycan-Belarus tərəfdaşlığının dinamik inkişafı müzakirə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası