Qidalanmanın sağlamlığa təsiri danılmazdır. Çox vaxt faydalı olduğunu düşünərək aldığımız qidalar uzunmüddətli perspektivdə ciddi problemlərə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə dietoloq Rob Hobson xəbərdarlıq edir.
Emal olunmuş qidalarda 5 gizli təhlükə...
Dietoloq Rob Hobson ultra emal olunmuş qidalara diqqət çəkib. Böyük Britaniyanı nümunə gətirən ekspert, orta hesabla bir insanın gündəlik kalori qəbulunun yarıdan çoxunun bu qidalardan gəldiyini bildirir.
Hobson bu vəziyyətin uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirdi və alış-veriş edərkən məhsul etiketlərini diqqətlə araşdırmağı tövsiyə edir. Tədqiqatlar həmçinin göstərir ki, ultra emal olunmuş qidalar müntəzəm və ya tez-tez istehlak edildikdə, ürək xəstəliklərindən tutmuş metabolik problemlərə qədər bir çox sağlamlıq riski gətirir. Mütəxəssislərə görə, aşağıdakı tərkib hissələrini ehtiva etdiyi təqdirdə istifadə edilməməsi lazım olan 5 emal olunmuş qida:
1. Emulqatorlar olan məhsullar
2. Qlükoza-fruktoza siropu olan məhsullar
3. Süni şirinləşdiricilər olan məhsullar
4. Monosatrium qlütamat (MSG) olan məhsullar
5. Nitrit və nitrat olan məhsullar