Ucnoqta.az
www.ucnoqta.az

İranın hücumlarından sonra Ronaldo Madridə uçdu

14:56 - 3 Mart 2026 tarixində dərc olunub.

Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldoya məxsus şəxsi təyyarə İranın Ər-Riyaddakı ABŞ səfirliyinə dron hücumundan sonra Səudiyyə Ərəbistanını tərk edərək Madridə eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

41 yaşlı Ronaldo yerli "Əl-Nasr" klubunda oynayır və Səudiyyə paytaxtında nişanlısı Corcina Rodrigez və beş uşağı ilə yaşayır. Onların təyyarədə olub-olmadığı məlum deyil.

"Əl-Nasr"ın növbəti oyunu 7 martda keçiriləcək. Komandanın Səudiyyə Ərəbistanı Premyer Liqasının 25-ci turunda "Neom"u qəbul etməsi planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası