Bir neçə ölkə Ermənistanın dəmir yolları üçün konsessiyanı Rusiyadan almaqda maraqlı olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Parlamentinin sədri Alen Simonyan məlumat verib.
O, xatırladıb ki, Ermənistan tərəfi əvvəllər konsessiyanı dost üçüncü tərəfə satmağı açıq şəkildə təklif etmişdi.
"Biz Rusiyadan konsessiya idarəetməsini almaq istəyən ölkələrin olduğunu gözləyirik, amma hazırda hansı ölkələrin olduğunu deyə bilmərəm. Sizcə, mən on kamera qarşısında belə bir maraq ifadə edən "X" ölkəsinin adını çəkəcəyəmmi?" deyə erməni spiker soruşub.
O, müxtəlif ölkələrin səfirləri ilə görüşlər keçirdiyini və belə bir marağın mövcud olduğuna əmin olduğunu əlavə edib. O, əlavə edib ki, bu danışıqlarla bağlı yekun qərar başqa məsələdir.
Simonyan həmçinin danışıqlar davam etdiyi üçün bu məsələ ilə bağlı heç bir siyasi qərar qəbul edilmədiyini bildirib.