Ucnoqta.az
www.ucnoqta.az

12 stomatoloq, 3 plastik cərrah cəzalanıb

12:12 - 3 Mart 2026 tarixində dərc olunub.

2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:

"Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadankənar fəaliyyətlə əlaqədardır".

Qeyd edolunub ki, fevral ayında, ümumilikdə, 34 yoxlama keçirilib.///APA

Müəllif: Ucnoqta.az redaksiyası