Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin Ər-Riyaddakı səfirliyi bağlandı

09:56 - 3 Mart 2026 tarixində dərc olunub.

Dünən gecə baş verən hücumdan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi fəaliyyətini və bütün ictimai qəbulları növbəti xəbərdarlığa qədər dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin veb saytında dərc olunmuş açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur ki, ABŞ-nin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi 3 mart çərşənbə axşamı günü bağlı olacaq. Səfirliyə edilən hücum səbəbindən onun binasına səfərlər müvəqqəti olaraq dayandırılıb.

Səfirlik həmçinin Səudiyyə Ərəbistanındakı bütün vətəndaşları təhlükəsiz sığınacaq axtarmağa və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası