Ucnoqta.az
www.ucnoqta.az

Arbeloa məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdü

08:29 - 3 Mart 2026 tarixində dərc olunub.

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa İspaniya futbol çempionatının 26-cı turunun "Getafe"yə qarşı ev oyununda komandanın məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Ucnoqta.az xəbər verir ki, Arbeloanın fikirləri "Marca" qəzetinə istinadən verilib.

"Həqiqət budur ki, qol vurmaq üçün şanslarımız var idi. Amma daha yaxşı oynaya biləcəyimizi demək də ədalətlidir. Oyunumuzu yaxşılaşdırmaq məsuliyyəti mənim üzərimdədir. Məğlubiyyətdə kimsə günahkardırsa, bu mənəm" - təcrübəli mütəxəssis bildirib.

"Getafe"yə "Real Madrid" 1-0 hesabı ilə məğlub olan Madrid klubunun bu mövsümdə İspaniya çempionatında ardıcıl iki məğlubiyyət aldığı ilk haldır. "Real Madrid" liqa turnir cədvəlində 60 xalla "Barselona"dan dörd xal geridə ikinci yerdədir.

Müəllif: Ucnoqta.az redaksiyası