İslam Respublikası ərazisinə zərbə endirməyən Yaxın Şərqdəki ABŞ hərbi bazaları da İran Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına verdiyi müsahibədə bildirib.
"Bəzi ABŞ bazaları bizə qarşı istifadə edilməsə belə, bu bazalar yenə də bizim qanuni hədəflərimizdir. Bu halda biz qonşu ölkələrlə deyil, həmin ölkələrdə yerləşən Amerika əsgərləri ilə məşğuluq", - o, deyib.