Ucnoqta.az
www.ucnoqta.az

İrana hücum bir həftə əvvələ planlaşdırılmışdı - Niyə təxirə düşdü?

09:40 - 2 Mart 2026 tarixində dərc olunub.

ABŞ və İsrail rəhbərliyi bir həftə əvvəl, təxminən 21-22 fevral tarixlərində İrana qarşı hərbi əməliyyat başlatmağı planlaşdırırdı, lakin əməliyyat səbəblərinə görə təxirə salmışdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.

Portala görə, gecikmə hərbi təyyarələr üçün pis hava şəraiti, eləcə də ABŞ və İsrail silahlı qüvvələri arasında koordinasiyanın gücləndirilməsi zərurəti ilə əlaqədardır.

Axios mənbələri qeyd edib ki, əməliyyatın təxirə salınması Vaşinqtona Tehrana qarşı diplomatik və hərbi variantlar arasında qərar vermək üçün əlavə vaxt verib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası