Ucnoqta.az
www.ucnoqta.az

Oman sahillərində daha bir gəmi atəşə tutuldu

16:37 - 1 Mart 2026 tarixində dərc olunub.

İran, İsrail və ABŞ arasında hərbi münaqişənin başlamasından sonra Oman sahillərində ikinci bir gəmiyə hücum edildi.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.

Hadisə Omanın paytaxtı Maskatdan 50 dəniz mili şimalda baş verib.
Mərmi gəmiyə dəyib və mühərrik otağında yanğın baş verib və yanğın nəzarət altına alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası