Ucnoqta.az
www.ucnoqta.az

Təhsildə, iqtisadiyyatda AI texnologiyalarının tətbiqi sürətlənəcək

10:47 - 1 Mart 2026 tarixində dərc olunub.

Bu gün texnologiya dünyamız üçün tarixi bir gün sayıla bilər. Prezidentin yeni fərmanı ilə ölkəmizdə Artificial Intelligence (AI), rəqəmsallaşma və innovasiyalar üzrə ən yüksək səviyyəli koordinasiya mərkəzi — Rəqəmsal İnkişaf Şurası yaradıldı!

Bəs bu fərman bizim gündəlik həyatımıza və təhsilimizə nə gətirəcək? Gəlin, vacib məqamları birlikdə analiz edək:
Bu Fərman niyə vacibdir?
Vahid kordinasiya: Artıq rəqəmsal layihələr pərakəndə deyil, Birinci vitse-prezidentin rəhbərliyi ilə vahid bir mərkəzdən idarə olunacaq. Bu, dövlət xidmətlərinin (e-gov) daha sürətli və keyfiyyətli olması deməkdir.

Süni İntellekt (AI) dövrü: Fərmanda xüsusi olaraq süni intellekt sahəsində fəaliyyətin təkmilləşdirilməsi vurğulanır. Bu, gələcəkdə həm təhsildə, həm də iqtisadiyyatda AI texnologiyalarının tətbiqini sürətləndirəcək.

Rəqəmsal suverenlik: Ölkəmizin texnoloji asılılığını azaltmaq və milli software həllərini təşviq etmək əsas hədəflərdən biridir.

Müəllim və valideynlər üçün nə dəyişir?
İnnovativ təhsil: Elm və təhsil nazirinin Şurada yer alması o deməkdir ki, məktəblərimizdə rəqəmsallaşma və innovasiya dərsləri daha peşəkar səviyyəyə qalxacaq.
Gələcəyin peşələri: Övladlarımız üçün süni intellekt və data analitika kimi sahələrdə yeni imkanlar açılır. Biz onları indidən bu rəqəmsal dünyaya hazırlamalıyıq.
 Ekspert rəyi (IT Trainer & Developer Perspektivi)
ESTIMATE:
Şuranın yaradılması ilə yaxın 1-2 il ərzində dövlət qurumları arasında data exchange (məlumat mübadiləsi) prosesinin tamamilə avtomatlaşacağını və süni intellekt əsaslı yeni startap ekosisteminin formalaşacağını gözləyirəm. Bu, həm də yerli proqramçılarımız üçün yeni iş yerləri və layihələr deməkdir.

Abid Ağa

Müəllif: Ucnoqta.az redaksiyası