Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livana hava zərbələri endirib

10:59 - 28 Fevral 2026 tarixində dərc olunub.

İsrail Livana zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, Naharnet xəbər portalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri bu səhər Livanın cənubundakı "Hizbullah" hərəkatının hərbi bazalarına və yeraltı obyektlərinə ən azı səkkiz hava hücumu həyata keçirib.

Xəbər portalının məlumatına görə, Cəbəl Sucud və Əl-Luveyza dağlıq əraziləri, eləcə də Vadi Burquz dərəsi intensiv bombardmanlara məruz qalıb.

Hücumlar həmçinin son günlərdə yaraqlılarının fəaliyyətinin müşahidə olunduğu Blat, Əl-Qətraniya və Əl-Sarira şəhərlərinin kənarlarına da endirilib.

İsrail təyyarələri Livan hava məkanında qalmağa davam edərək aşağı və orta hündürlüklərdə uçur.

Müəllif: Ucnoqta.az redaksiyası