Ucnoqta.az
www.ucnoqta.az

İsrail İranı vurdu (YENİLƏNİB 1)

11:10 - 28 Fevral 2026 tarixində dərc olunub.

İrana hücum bir neçə aydır ki, hazırlıq mərhələsində idi və başlama tarixi bir neçə həftə əvvəl təyin olunmuşdu.

Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin sözçüsü bu abrədə bildirib.

Əməliyyat "Yəhuda Qalxanı" adlandırılıb. Bu arada, Reuters-in məlumatına görə, İranın Ali Lideri Əli Xamenei paytaxtdan təxliyə edilərək "təhlükəsiz yerə" köçürülüb.

ABŞ rəsmisi "Əl-Cəzirə"yə bildirib ki, hava hücumları İranın təhlükəsizlik aparatını məhv etmək məqsədi daşıyır. Hədəflər arasında Qum, Xorrəmabad, İsfahan (ölkənin nüvə mərkəzlərindən birinin yerləşdiyi yer) və Tehran var.

10:47

İsrail Tehrana qarşı ikinci hücum dalğasına başlayıb və prezident iqamətgahına və kəşfiyyat qərargahına hücum edib.

Ucnoqta.az xəbər verir ki, hədəf prezident Məsud Pezeşkian olub. 

İsrail müdafiə naziri İsrael Katz bildirib ki, hücum qabaqlayıcı idi.

Buna cavab olaraq Tehran pilotsuz təyyarə ilə hədələyib.

İsraildə hava məkanı bağlanaraq fövqəladə vəziyyət elan edilib. Sakinlərdən sığınacaq tapmaları xahiş olunur. Şəhərlərdə məktəblər bağlanıb və vacib infrastrukturla əlaqəli işlər olmadığı təqdirdə işə getmək qadağandır.

10:39

İsrail İrana qabaqlayıcı zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail İrana qabaqlayıcı zərbə endirib və müdafiə naziri ölkə daxilində fövqəladə vəziyyət elan edib.

Müəllif: Ucnoqta.az redaksiyası