Ucnoqta.az
www.ucnoqta.az

“Qalatasaray” “Liverpul”la qarşılaşacaq - Püşk atıldı

15:45 - 27 Fevral 2026 tarixində dərc olunub.

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Ucnoqta.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri müəyyənləşib

Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul"a rəqib olub.  "Qarabağ"ı "pley-off"da yarışdan kənarlaşdıran "Nyukasl"  isə 1/4 final uğrunda "Barselona" ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası

1/8 final cütlükləri

 "Bayer” (Almaniya) - "Arsenal" (İngiltərə)

“Qalatasaray” (Türkiyə) - “Liverpul” (İngiltərə) 

PSJ (Fransa) - “Çelsi” (İngiltərə) 

"Bodo-Qlimt” (Norveç) - “Sportinq” (Portuqaliya)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) 

“Nyukasl" (İngiltərə) -  “Barselona” (İspaniya)

“Atletiko”  (İspaniya) -  "Tottenhem” (İngiltərə)

“Atalanta” (İtaliya) - "Bavariya” (Almaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası