Ucnoqta.az
www.ucnoqta.az

Dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət ediblər

09:11 - 26 Fevral 2026 tarixində dərc olunub.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda "Ana harayı" abidəsini ziyarət ediblər.

Ucnoqta.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Müəllif: Ucnoqta.az redaksiyası