ABŞ Müdafiə Nazirliyi Çin hərbi təlimlərinin, sualtı qayıqlarının və peyklərinin nəzarətini gücləndirmək üçün əlavə 12,6 milyard dollar xərcləməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Konqresə təqdim edilmiş Pentaqon sənədinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, vəsait ABŞ hərbi hazırlığının yaxşılaşdırılması, hücum kiber imkanlarının gücləndirilməsi və Hind-Sakit okean bölgəsində müşahidə səylərinə töhfə vermək üçün nəzərdə tutulub.
Xüsusilə, vəsaitin 1 milyard dolları ABŞ Kosmik Qüvvələrinin X-37B pilotsuz kosmik gəmisinin istismarı ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub.
Pentaqon erkən xəbərdarlıq kəşfiyyat peykləri qrupunu genişləndirmək üçün əlavə 528 milyon dollar ayırmaq niyyətindədir. Departament həmçinin sualtı qayıq əleyhinə sonar sistemlərinin təkmilləşdirilməsi üçün 143 milyon dollar ayırmaq niyyətindədir.