Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
APA-nın xəbərinə görə, İmişli rayon sakini 1969-cu il təvəllüdlü Müşviq Nəsirovun idarə etdiyi "MAN" markalı yük avtomobili Kürdəmir şəhər sakini, 1949-cu il təvəllüdlü Teyyub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.
Fakt araşdırılır.