Ucnoqta.az
www.ucnoqta.az

Tramp Ağ Evdə ABŞ kişi xokkey komandasını qəbul edib

00:59 - 25 Fevral 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp İtaliyada keçirilən Olimpiadada qızıl medal qazanan ABŞ kişi xokkey komandasını Ağ Evdə qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

ABŞ prezidenti idmançılarla əl sıxaraq onları Oyunlardakı qələbələri münasibətilə təbrik edib.

22 fevralda ABŞ komandası Kanadanı əlavə vaxtda 2-1 hesabı ilə məğlub edərək 1980-ci ildən bəri ilk dəfə Olimpiya qızıl medalını qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası