Ucnoqta.az
www.ucnoqta.az

Venesuelada 177 məhbus azadlığa buraxılıb

05:19 - 24 Fevral 2026 tarixində dərc olunub.

Venesuelada Amnistiya qanunu 20 fevralda qüvvəyə mindikdən bəri 177 məhbus azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Venezolana de Television kanalında Amnistiya Qanununun İcrasına Nəzarət üzrə Xüsusi Komissiyanın sədri Xorxe Arriaza bildirib.

Onun sözlərinə görə, 2021 məhbusun hüquqi məhdudiyyətləri tamamilə aradan qaldırılıb. 

O, həmçinin qeyd edib ki, 2025-ci ilin dekabrında və 2026-cı ilin yanvarında 800-dən çox məhbus azadlığa buraxılıb.

Milli barışığı və sülhü təşviq etmək məqsədi daşıyan ümumi amnistiya təşəbbüsü yanvar ayının sonlarında Prezidentin Venesuela üzrə elçisi Delsi Rodrigez tərəfindən elan edilib. Qanun 1 yanvar 1999-cu ildən bu günə qədər olan dövrü əhatə edir.

Müəllif: Ucnoqta.az redaksiyası