İki il əvvəl Paris Saint-Germain Lamine Yamal üçün Barselonaya 250 milyon avro təklif etmişdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə Barselona prezidenti Xuan Laporta məlumat verib.
"Paris Saint-Germain iki il əvvəl bizə Lamine Yamal üçün 250 milyon avro təklif etmişdi. Biz təklifi rədd etdik. Onun 17 yaşı var idi - bəzi insanlar bizim dəli olduğumuzu düşünürdülər", - Laporta deyib.