Ucnoqta.az
www.ucnoqta.az

Polşa Ukrayna qaçqınlarına yardımı dayandırır

22:30 - 19 Fevral 2026 tarixində dərc olunub.

Polşa Prezidenti Karol Navrotski Ukrayna qaçqınları üçün xüsusi status və güzəştlərin dayandırılması haqqında qanun imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Navrotskinin mətbuat katibi Rafal Leskieviç X-də yazıb.
Sənədə əsasən, ukraynalılara pulsuz səhiyyə və mənzil güzəştlərindən istifadə etmək imkanı verilməyəcək. Polşada müalicə alan yaralı Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti üçün tibbi xidmətlər istisna ediləcək.

Məlumata görə, ölkədə qanuni qalma müddətini uzatmaq üçün Ukrayna vətəndaşlarına üç illik yaşayış icazəsi təklif olunacaq.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə xüsusi statusa malik təxminən 1 milyon ukraynalı yaşayır.

Müəllif: Ucnoqta.az redaksiyası