Ucnoqta.az
www.ucnoqta.az

Kənan MM və Orxan Saffari polisə çağırılıb

19:18 - 19 Fevral 2026 tarixində dərc olunub.

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.

Ucnoqta.az xəbər verir ki, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib. ///APA

Müəllif: Ucnoqta.az redaksiyası