Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da 13 ştat Ağ Evə qarşı iddia qaldırıb

14:24 - 19 Fevral 2026 tarixində dərc olunub.

Kaliforniyanın rəhbərlik etdiyi 13 ABŞ ştatından ibarət koalisiya Vaşinqton administrasiyasını bərpa olunan enerji layihələrinə ayrılan 1,2 milyard dollarlıq maliyyələşdirməni ləğv etdiyinə görə məhkəməyə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Demokratlardan olan Kaliforniya qubernatoru Qevin Nyusomun mətbuat xidməti məlumat verib.

İddia Kolorado, Vaşinqton, Konnektikut, İllinoys, Merilend, Massaçusets, Nyu-Cersi, Nyu-York, Oreqon, Rod-Aylend, Vermont və Viskonsin ştatları hökumətləri tərəfindən də imzalanıb.

Nyusomun sözlərinə görə, federal məmurlar xalqın gələcəyini donorlara satıblar və maliyyələşdirmənin kəsilməsi 200.000 iş yerinin və illik 3 milyard dollara qədər səhiyyə qənaətinin itirilməsi ilə təhdid edir. Qubernator əlavə edib ki, Kaliforniya Ağ Evin Çinə güzəştə getdiyi təmiz enerji sahəsində qlobal rəqabət uğrunda mübarizə aparacaq.

Hazırkı administrasiyanın ləğv etdiyi proqram 2024-cü ilin iyul ayında elan edilib. Həmçinin Kaliforniyada təmiz hidrogen yanacağı zavodunun tikintisi üçün 12,6 milyard dollar ayırmaq nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası