Ucnoqta.az
www.ucnoqta.az

Qeyts Hindistanda keçirilən süni intellekt forumundan imtina etdi

12:15 - 19 Fevral 2026 tarixində dərc olunub.

Amerikalı sahibkar və "Microsoft"un həmtəsisçisi Bill Qeyts maliyyəçi və sutenyor Ceffri Epşteynlə əlaqələri ilə bağlı suallar fonunda əsas nitq söyləməli olduğu Hindistanda keçirilən süni intellekt üzrə beynəlxalq forumda iştirakdan imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Geyts auditoriyanı süni intellekt prioritetlərindən yayındırmamaq üçün nümayəndələrə planlaşdırılan çıxışından saatlar əvvəl qəfildən imtina edib.
Milyarderin fondunun açıqlamasına görə, Geyts diqqətlə düşündükdən və sammitin əsas süni intellekt prioritetlərinin ön planda qalmasını təmin etmək üçün konfransda çıxış etməyəcək.

Müəllif: Ucnoqta.az redaksiyası