Ucnoqta.az
www.ucnoqta.az

Şagird məktəbin 2-ci mərtəbəsindən YIXILDI

12:50 - 18 Fevral 2026 tarixində dərc olunub.

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Mingəçevir şəhər 3 saylı şəhər  orta məktəbdə baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxllaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub.

Faktla bağlı araşdırma başlanıb.///Unikal.az

Müəllif: Ucnoqta.az redaksiyası