Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda çörək sexinin fəaliyyəti dayandırıldı - FOTO

12:58 - 17 Fevral 2026 tarixində dərc olunub.

Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində fəaliyyət göstərən, sahibkar Əkbərov Etibar Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib.

Ucnoqta.az xəbər evrir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmur, həmçinin çörək məhsullarında etiketlənmə aparılmır.

Sahibkar barəsində inzibati protokol tərtib edilib, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası