Ucnoqta.az
www.ucnoqta.az

"Tarqovı"dakı yanğın söndürüldü (YENİLƏNİB)

14:40 - 17 Fevral 2026 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın tam söndürülüb.

11:55

Bakının mərkəzində mənzildə yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası